Çilidə avtobus qəzaya uğrayıb, 11 nəfər ölüb

Çilidə avtobus qəzaya uğrayıb, 11 nəfər ölüb
# 26 noyabr 2017 11:28 (UTC +04:00)

Çilidə avtobus qəzaya uğrayıb, ən azı 11 nəfər ölüb, 20 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə “Telesur” telekanalı məlumat yayıb.

Qəza ötən gecə Araukaniya vilayətində Viktoriya və Karakautin şəhərləri arasında, paytaxt Santyaqodan 600 km uzaqlıqda baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Çili prezidenti Mişel Baçelet “Twitter” sosial şəbəkəsindəki səhifəsində ölənlərin ailələrinə başsağlığı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR