Xəzərdə batan qayıqdakı iki balıqçı xilas edilib

Xəzərdə batan qayıqdakı iki balıqçı xilas edilib
# 20 noyabr 2017 08:26 (UTC +04:00)

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi “Piral­lahı” sahil nəzarəti məntəqəsinin əməkdaşları əra­ziyə baxış keçirərkən “PR-1960” bort nöm­rəli balıqçı qayı­ğı­nın yanalma körpüsündə olmadığı aşkarlanıb.

DSX mətbuat xidmətindən APA-ya bildirilib ki, hava şəraitinin kəskin dəyişəcəyi nəzərə alınaraq, həmin qa­yıq­da dənizə çıxmış balıqçıların xilas edilməsi üçün təxirəsalın­maz tədbirlər görülüb, balıqçı qayığının gecə saatlarında Çi­lov adasının qərb reydində köhnə dirəyə çırpılması müəyyənləşib.

Axtarış-xilasetmə tədbirləri nəticəsində suda olan dirəyin üzə­ri­ndə aşkarlanan və icazəsiz olaraq dəni­zə çı­xmış balıqçılar - Pirallahı rayon sakin­lə­ri Qurbanov Arif Umud oğlu və Mə­likov Ramiz Tofikoviç xilas edilərək sahilə təxliyə ediliblər. DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən də­nizdə yarıbatmış vəziyyətdə olan “PR-1960” bort nöm­rəli balıq­çı qayığı da aşkarlanaraq sahilə çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR