Sosial şəbəkələr terror məzmunlu məlumatların yayılmasına qarşı səylərini birləşdirir

Sosial şəbəkələr terror məzmunlu məlumatların yayılmasına qarşı səylərini birləşdirir
# 06 dekabr 2016 11:59 (UTC +04:00)

“Facebook”, “Twitter”, “Microsoft” və “Google”a məxsus “YouTube” videohostinqi internet vasitəsi ilə terror məzmunlu məlumatların yayılmasının qarşısını almaq üçün səylərini birləşdirəcəyini bəyan edib.

APA-nın “The Wall Street Journal”a istinadən yaydığı məlumata görə, terror məzmunlu şəkil və video məlumatların aşkarlaması üçün ümumi baza yaradılacaq.

Bu da öz növbəsində onların dərhal silinməsini tezləşdirəcək. Ümumi məlumat bazası gələn ildən fəaliyyətə başlayacaq.

Qeyd edək ki, “Facebook”, “Twitter”, “YouTube” və “Microsoft” bu ilin may ayında aqressiv məzmunla mübarizə aparacağına dair Avropa İttifaqı ilə müqavilə imzalayıb. Razılaşmaya əsasən adıçəkilən şirkətlər istifadəçilərin aqressiv fikrilərini təhlil etmək və millətlərarası nifrətə təhrik əlamətləri aşkar edildikdə, bir sutka ərzində həmin yazıların silinəcəyi ilə bağlı öhdəlik götürüb. Lakin Avropa İttifaqı rəsmiləri bu şirkətlərin səylərini qeyri-kafi hesab edib. Qurumun ədliyyə məsələləri üzrə komissarı Vera Yourova şirkətlərin öhdəliklərini daha diqqətlə yerinə yetirməsi üçün rəsmi Brüsselin müvafiq qanunverici aktları qəbul edəcəyini də istisna etməyib.

İsmayıl Fətəliyev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR