Bakıda I Avropa Oyunlarına həsr olunmuş rəsm sərgisi açılıb

Bakıda I Avropa Oyunlarına həsr olunmuş rəsm sərgisi açılıb
# 27 iyun 2015 08:42 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakıdakı “Villa Art” qalereyasında əməkdar rəssam Əşrəf Heybətovun “Şəhər və insanlar” adlı fərdi sərgisi açılıb.

APA-nın məlumatına görə, “Arts Council Azerbaijan”ın təşkilatçılığı və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının dəstəyi ilə reallaşan sərgi I Avropa Oyunlarına həsr olunub.

Sərgidə rəssamın Bakı və onun insanlarından bəhs edən 30-a yaxın əsəri nümayiş olunub.

Qeyd edək ki, rəssam 1951-ci ildə Bakıda doğulub, uzun müddətdir Almaniyada yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR