Səfir: “İsrail-Azərbaycan arasındakı yüksək səviyyəli əlaqələr yalnız möhkəmlənəcək”

Səfir: “İsrail-Azərbaycan arasındakı yüksək səviyyəli əlaqələr yalnız möhkəmlənəcək”
# 03 avqust 2015 15:13 (UTC +04:00)

Ölkənin bir çox rayonlarında oldum, Azərbaycan mətbəxi ilə tanış oldum və sevdim. Burada çoxlu dostlar qazandım. Bakıdakı missiyam başa çatdıqdan sonra bura turist kimi qayıdacam".

APA-nın verdiyi xəbərə görə, bunu İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz diplomatik missiyasının başa çatması ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.

“Azərbaycanla İsrail dost ölkələrdir. Növbəti səfirin kimin olacağından asılı olmayaraq, İsrail-Azərbaycan arasındakı yüksək səviyyəli əlaqələr yalnız möhkəmlənəcək”, - deyə səfir qeyd edib.


Diplomat ikitərəfli münasibətlərin həm ölkə liderləri, həm də nazirlər səviyyəsində inkişaf etdirildiyini deyib: “Azərbaycanla İsrailin həmçinin təhsil və akademik sahələrdə əlaqələri mövcuddur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR