Ukrayna münaqişəsi ilə bağlı təmas qrupunun işçi yarımqruplarının iclası başlayıb

Ukrayna münaqişəsi ilə bağlı təmas qrupunun işçi yarımqruplarının iclası başlayıb
# 26 avqust 2015 14:06 (UTC +04:00)

APA-nın “RIA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Minskdə mətbuat üçün qapalı otaqda Şərqi Ukraynadakı vəziyyətin tənzimlənməsi ilə bağlı iclas başlayıb. İşçi qruplar siyasi, humanitar, iqtisadi və təhlükəsizlik məsələləri ilə bağlı görüşür”, -deyə Belarus Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində qeyd olunub. İclas Belarus paytaxtının mərkəzində “Prezident” otelində keçirilir.

Ukraynanın keçmiş prezidenti, Ukraynanın danışıqlardakı nümayəndəsi Leonid Kuçmanın mətbuat katibi bildirib ki, təmas qrupunun üzvləri Minsk razılaşmasında əks olunan bütün məsələlərə dair müzakirə aparacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR