Astarada çay evi yanıb

Astarada çay evi yanıb
# 05 sentyabr 2015 16:33 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Astara rayonunda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Pensər kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kvadratmetr olan çay evinin yanar konstruksiyaları 54 kvadratmetr sahədə yanıb.

Çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR