Hacıqabul sakini kimyəvi maddədən zəhərlənərək ölüb

Hacıqabul sakini kimyəvi maddədən zəhərlənərək ölüb
# 04 iyul 2015 10:05 (UTC +04:00)


Hacıqabul. Əlibəy Zeynallı - APA. Hacıqabul sakini ziyanverici həşəratlar üçün nəzərdə tutulan kimyəvi maddədən zəhərlənərək ölüb.


APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 1953-cü il təvəllüdlü Nuriyeva Gülbahar İkram qızı həyətyanı sahədə ağaclara daraşan ziyanverici həşəratları çiləməklə məhv etmək üçün insektisid – “Bi-58” (Dimetoat) maddəsindən istifadə edib. Nəticədə kimyəvi maddənin su tozcuqlarını hava yolu ilə udan qadın nəfəs yollarının zədələnməsi və kimyəvi zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Lakin intensiv müalicə və reanimasiya tədbirlərinə baxmayaraq, xəstə bir neçə saatdan sonra dünyasını dəyişib.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR