Azərbaycan XİN başçısı Avstriya parlamentinin I vitse-spikerini qəbul edib

Azərbaycan XİN başçısı Avstriya parlamentinin I vitse-spikerini qəbul edib
# 20 oktyabr 2014 14:11 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avstriya parlamentinin I vitse-spikeri Karlheynz Kopfu qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ikitərəfli əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin vacibliyi qeyd olunub.

Tərəflər həmçinin iqtisadi, ticarət, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR