“DəmirBank” İTİDF-in vəsaiti hesabına ilk kreditini verməyə hazırlaşır

“DəmirBank” İTİDF-in vəsaiti  hesabına ilk kreditini verməyə hazırlaşır
# 06 noyabr 2014 13:00 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “DəmirBank” müvəkkil bank qismində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan ayrılan vəsait hesabına ilk kreditin verilməsinə hazırlaşır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hazırda “DəmirBank”da fond tərəfindən ona ayrılan 1 mln. manat məbləğində limitin istifadəsi üzrə layihə seçimi prosesini yekunlaşdırmaq üzrədir.

Bu ay fondun vəsaitləri hesabına ilk kreditin verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, fond Azərbaycan prezidentinin 2012-ci il 15 mart tarixli sərəncamı ilə yaradılıb, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin tabeliyində fəaliyyət göstərir və informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyətin stimullaşdırılmasını, bu sahədə innovasiyaların tətbiqini maliyyə dəstəyi ilə təmin edən dövlət orqanıdır.

Fond tərəfindən layihələrin maliyyələşdirilməsi mexanizmi müvəkkil banklar və bank olmayan kredit təşkilatları vasitəsilə həyata keçirilir.

Ölkənin ilk kommersiya bankı olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

“DəmirBank” Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR