Azərbaycanda vətəndaşlara sosial xidmətlərin göstərilməsini QHT-lər həyata keçirə bilər

Azərbaycanda vətəndaşlara sosial xidmətlərin göstərilməsini QHT-lər həyata keçirə bilər
# 17 sentyabr 2014 10:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda vətəndaşlara sosial xidmətlərin göstərilməsini qeyri-hökumət təşkilatları (QHT) həyata keçirə bilər.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünün dövlət qulluqçuları vasitəsilə sosial xidmətlərin monitorinqini aparmalı və bir növ sifarişçi rolunda çıxış etməlidir: “Bu gün dövlət sosial təminat xidmətində 3 003 nəfər işçi var. Lakin, bu işçilərin 1 800-dən çoxu sosial xidmət sahəsində çalışanlardır. Onlar dövlət işçisi sayılmırlar. Sadəcə, nazirliyin işçisi kimi yerlərdə ayrı-ayrı kimsəsiz şəxslərə, əlillərə qocalar, aztəminatlı uşaqlı ailələrə xidmət göstərirlər”.

S. Müslümov bu təcrübəni düzgün saymır: “Sosial xidmətlərin göstərilməsi qeyri-hökumət təşkilatlarına verilməlidir. Nazirlik isə bunun üçün sifariş verməlidir. Mərkəzdə olacaq 3-4 nəfərlik sektor vasitəsilə verilən sifarişin yerinə yetirilməsinə nəzarəti həyat keçirməlidir. Hazırda biz qanunvericiliyə və struktura dəyişiklik edilməsi barədə düşünürük”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR