“Əl-Qaidə”nin Somalidəki qanadı Bavare şəhərinə nəzarəti itirib

“Əl-Qaidə”nin Somalidəki qanadı Bavare şəhərinə nəzarəti itirib
# 07 oktyabr 2014 09:18 (UTC +04:00)

Bakı.– APA. “Əl-Qaidə”nin Somalidəki qanadı olan “Əş-Şəbab” qruplaşması nəzarətdə saxladığı şəhəri itirib.

APA-nın “Euronews”a istinadən verdiyi xəbərə görə, 20 ildir “Əş- Şəbab”ın nəzarətində olan Bavare (strateji əhəmiyyətli liman) şəhəri yerli təhlükəsizlik qüvvələrinin əlinə keçib.

Bölgənin valisi Əbdülqədir Sidi şəhərin hökumət qüvvələrinin nəzarəti altına keçməsinin böyük uğur kimi qiymətləndirib. O qeyd edib ki, Bavare Asiya və Afika ölkələrindən gələn və “Əl-Qaidə”yə qoşulan döyüşçülər üçün sığınacaq rolunu oynayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR