Ekologiya və təbii sərvətlər naziri Göyçayda vətəndaşlarla görüşüb - FOTO

Ekologiya və təbii sərvətlər naziri Göyçayda vətəndaşlarla görüşüb - <span style="color: red;">FOTO
# 24 oktyabr 2014 09:14 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov oktyabrın 24-də Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində Göyçay, Kürdəmir və Ucar rayonlarında yaşayan vətəndaşlarla görüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi qəbulda, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 50-yə yaxın vətəndaşın müraciətinə baxılıb.

Nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün ETSN-in müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb.

ETSN-in fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da H. Bağırov tərəfindən dinlənilib və onların müraciətlərinin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR