Zaqatalada Beynəlxalq Tolerantlıq günü ilə bağlı dəyirmi masa keçirilib - FOTOSESSİYA - VİDEO

Zaqatalada Beynəlxalq Tolerantlıq günü ilə bağlı dəyirmi masa keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 13 noyabr 2014 12:49 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada 16 noyabr - Beynəlxalq Tolerantlıq günü ilə bağlı “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Azərbaycan Dillər Universitetinin əməkdaşları, müəllimlər, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayonda qeydiyyatdan keçmiş dini icmaların nümayəndələri iştirak edib.

Çıxış edənlər bildiriblər ki, sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib. Azərbaycanda bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.

Qeyd olunub ki, Beynəlxalq Tolerantlıq günü münasibətilə keçirilən respublika səviyyəli tədbirlərdən birinin də məhz 20-yə yaxın azsaylı millətlərin nümayəndələrinin illər boyu kompakt, mehriban şəraitdə yaşadığı Zaqatala rayonunda qeyd edilməsi heç də təsadüfi deyil. Qohumluq, qardaşlıq şəraitində yaşayan bu xalqların birgə yaşam tərzi əslində tolerantlığın bir nümunəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR