Gürcüstanda Nazirlər Kabinetinin yeni tərkibi açıqlanıb

Gürcüstanda Nazirlər Kabinetinin yeni tərkibi açıqlanıb
# 26 iyul 2014 18:32 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan parlamentinin bugünkü iclasında Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqinə 89 deputat səs verib.

Müxalifət nümayəndələri kabinetin üzvlərinin elan olunması zamanı iclas zalını tərk ediblər.

Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin rəhbərlik edəcəyi Nazirlər Kabinetinin yeni tərkibi aşağıdakı kimidir: Gürcüstanın cəzaçəkmə və probasiya naziri - Georgi Mqebrişvili, Regional İnkişaf və İnfrastruktur naziri - David Şavliaşvili, Diaspor məsələləri üzrə dövlət naziri - Qela Dumbadze, Mədəniyyət və Abidələrin Mühafizəsi Naziri - Mixail Georqadze, Qaçqınlar və məcburi köçkünlərin işləri üzrə nazir - Sozar Subari, Təbiəti mühafizə naziri - Elquca Xokrişvili, Ədliyyə naziri - Tea Tsulukiani, Müdafiə naziri - İrakli Alasaniya, Təhsil naziri - Tamar Sanikidze, DİN-i - Aleksandr Çikvaidze, İqtisadiyyat naziri - Georgi Kvirikaşvili, Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri - Paata Zakareişvili, XİN - Maya Pancikidze, Maliyyə naziri - Nodar Xaduri, Avropa və avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri - Aleksi Petriaşvili, İdman və gənclər naziri - Levan Kipiani.

Qeyd edək ki, yeni hökumətin tərkibi baş nazir İrakli Qaribaşvilinin təklifi ilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR