Dələduzluqda təqsirləndirilən hüquq müdafiəçisi məhkəmə zalından azadlığa buraxılıb

Dələduzluqda təqsirləndirilən hüquq müdafiəçisi məhkəmə zalından azadlığa buraxılıb
# 26 sentyabr 2014 10:17 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Emil Məmmədov və Tofiq Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Vəkil Fariz Namazlının APA-ya verdiyi məlumata görə, prosesdə hökm oxunub. Hökmə əsasən, hər iki şəxs 2 il sınaq müddəti təyin olunmaqla 6 il müddətinə şərti olaraq azadlıqdan məhrum olunub. Emil Məmmədov və Tofiq Qasımovun məhkəmə zalından azadlığa buraxılıblar.

Qeyd edək ki, E. Məmmədov mayın 13-də həbs edilib və barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb. Bundan əvvəl isə T.Qasımov həbs edilib.

İttihama görə, E. Məmmədovla T. Qasımov rayon məmurlarını gözdən salan materialları dərc etməmək üçün onlardan pul istəyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR