Azərbaycan avqustda Ceyhan limanından neftin nəqlini 9% azaldıb

Azərbaycan avqustda Ceyhan limanından neftin nəqlini 9% azaldıb
# 05 sentyabr 2014 14:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin avqust ayı ərzində 2 214 981 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 9,4% azdır. Bu həcmin 1 976 809 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib

Bu ilin yanvar-avqust aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 19 034 448 ton təşkil edib ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 4,3% azdır.

Ümumiyyətlə, BTC istismara verilən gündən bu il sentyabr ayının 1-ə qədər Ceyhan limanından 252 178 362 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR