Təhsil nazirinin müavini yaş həddinə görə işdən çıxarılan direktorlarla görüşüb

Təhsil nazirinin müavini yaş həddinə görə işdən çıxarılan direktorlarla görüşüb
# 19 avqust 2014 15:18 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətindən APA-ya veriən xəbərə görə, görüşdə əmək müqaviləsi uzadılmayan 14 direktor iştirak edib. İlk öncə uzun müddət təhsil sisteminə qulluq edən bu şəxslərin xidmətləri vurğulanıb, səmərəli fəaliyyətləri xüsusi olaraq qeyd edilib.

Təcrübəli pedaqoqlarla Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında gələcəkdə əməkdaşlıq məsələləri müzakirə edilib. Təhsil ictimaiyyəti arasında yüksək nüfuza malik bəzi direktorların bu yaxınlarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tərkibində ictimai əsaslarla fəaliyyət göstərəcək Ağsaqqallar Şurasına üzv seçilə bilməsi məsələsi də müzakirə mövzuları arasında yer alıb. Hər zaman təcrübənin gənc nəslə ötürülməsi və mövcud məsələlərin həllində şəffaflığın təmin edilməsində yüksək ixtisaslı pedaqoqların təkliflərinə, fikirlərinə ehtiyac duyulduğu vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR