Ukraynanın şərqindən 58 min nəfər təxliyə edilib

Ukraynanın şərqindən 58 min nəfər təxliyə edilib
# 31 iyul 2014 15:38 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Şərqi Ukraynada antiterror əməliyyatının keçirildiyi bölgədən 58 min mülki şəxs təxliyə edilib.

APA-nın “Ukrinform”a istinadən verdiyi məlumata görə, bunu Ali Radada çıxışı zamanı Ukrayna daxili işlər nazirinin müşaviri Zorian Şkiryak deyib.

Z. Şkiryak onu da bildirib ki, hökumət qüvvələri Luqansk əhalisi üçün humanitar dəhliz açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR