Arif Yunus barəsində həbs qətimkan tədbiri seçilib - YENİLƏNİB - VİDEO

Arif Yunus barəsində həbs qətimkan tədbiri seçilib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 05 avqust 2014 13:19 (UTC +04:00)

Vəkil Xalid Bağırov APA-ya bildirib ki, Nəsimi Rayon Məhkəməsində Arif Yunusun həbs edilməsi barədə Prokurorluğun təqdimatına baxılıb.

Məhkəmə Arif Yunus barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, Arif Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq), Leyla Yunus isə Cinayət Məcəlləsinin 274-cü, 178.3.2-ci, 192.2.2-ci (qanunsuz sahibkarlıq), 213.2.2-ci (vergidən yayınma, 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci maddələri ilə təqsirli bilinirlər.

İyulun 30-da L. Yunus qeyd olunan maddələrlə təqsirləndirilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, Arif Yunusun isə səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

***

Saat 14.05

Bakı. Hafiz Heydərov - APA. Sülh və Demokratiya İnstitutunun əməkdaşı Arif Yunus barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə aparılıb.

Vəkil Xalid Bağırov APA-ya bildirib ki, Arif Yunus bu gün Bakı İstintaq Təcridxanasında saxlanılan həyat yoldaşı Leyla Yunusa yemək apararkən polis tərəfindən saxlanılıb.

Prokurorluq Arif Yunusun yaşadığı Yasamal rayonunu tərk etməməklə bağlı iltizamı pozduğu üçün barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat verib. Prokurorluğun təqdimatına Nəsimi rayon Məhkəməsində baxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR