Qusarda “Mitsubishi” ağaca çırpılıb, sürücü ölüb

Qusarda “Mitsubishi” ağaca çırpılıb,  sürücü ölüb
# 18 oktyabr 2014 23:24 (UTC +04:00)

Bakı-APA. Qusar rayonu, Girik kəndi ərazisində 1956-cı il təvəllüdlü Qaflanov Şaiq Səbətulla oğluna məxsus “Mitsubishi” markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində sürücü avtomobildə sıxılmış vəziyyətdə qalıb və vəfat edib. Yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən meyiti çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:40-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR