Pentaqon rəhbəri: “Rusiya özünü dünyadan təcrid edir”

Pentaqon rəhbəri: “Rusiya özünü dünyadan təcrid edir”
# 19 noyabr 2014 10:18 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. “Rusiya özünü dünyadan təcrid edir”.

APA-nın xəbərinə görə, bunu ABŞ-ın müdafiə naziri Çak Heygel deyib.

O, Rusiyanın Ukraynadakı hərəkətlərini “təhlükəli və məsuliyyətsiz” adlandırıb.

“Rusiyanın Ukraynada törətdikləri, bu ölkənin Avropa hava məkanında hərbi təyyarələrinin uçuşları və oxşar uçuşların Meksika körfəzi üzərində planlaşdırılması çox təhlükəlidir. Rusiyanın suverenlik və beynəlxalq hüququ pozmasına reaksiya verilməlidir”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR