Mehdiabadda qonaq getdiyi evdən qızıl oğurlayan qadın tutulub - VİDEO

Mehdiabadda qonaq getdiyi evdən qızıl oğurlayan qadın tutulub - <span style="color: red;">VİDEO
# 17 avqust 2014 04:10 (UTC +04:00)

Bakı. Natiq Qədimov - APA TV. Abşeron rayonu Mehdiabad qəsəbə sakini Hüseynova Rəvanə Namiq qızı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək mənzilindən qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib. APA TV-nin məlumatına görə, qadın ifadəsində evdə rəfiqələri ilə olduğunu, onları yola salıb qayıtdıqdan sonra qızıl-zinət əşyalarının oğurlandığı bildirib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Hüseynovanın rəfiqələri polis idarəsinə dəvət olunub. Onlarla aparılan söhbət zamanı müəyyən edilib ki , rəfiqələrdən Behbudova Şirinbacı Ələkbər qızı ev sahibəsinin başının qarışdığını görərək qızılları oğurlayaraq çantasına qoyub.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində oğurluq maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR