Azərbaycanda kommersiya bankların xarici öhdəliklərinin artması davam edir

Azərbaycanda kommersiya bankların xarici öhdəliklərinin artması davam edir
# 05 sentyabr 2014 08:25 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 1 154,7 mln. manat və ya 34,23% artaraq 2014-cü ilin avqustun 1-nə 4 527,9 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ötən ayla müqayisədə isə, xarici öhdəliklərin həcmi 63,8 mln. manat və ya 1,28% artıb.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2014-cü ilin avqustun 1-nə 3 211,2 mln. manat təşkil edib ki, bu da 2013-ci ilin müvafiq dövrü ilə müqayisədə 972,1 mln. manat və ya 43,41% artıb. O cümlədən, ötən ayla müqayisədə 324,8 mln. manat və ya 11,25%-lik artım baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR