Etibar Məmmədov Beynəlxalq Demokrat İttifaqının sədr müavini seçilib

Etibar Məmmədov Beynəlxalq Demokrat İttifaqının sədr müavini seçilib
# 24 noyabr 2014 09:43 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Noyabrın 19-21-də Cənubi Koreyanın paytaxtı Seul şəhərində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) üzv olduğu Beynəlxalq Demokrat İttifaqının (BDİ) növbəti Qurultayı keçirilib.



AMİP-dən APA-ya verilən məlumata görə, “Partiya Liderlərinin Zirvə Toplantısı” adı altında keçirilən qurultaya Cənubi Koreyanın prezidenti xanım Park Geun-Hyenin rəhbərlik etdiyi “Saenuri Partiyası” ev sahibliyi edib.

Dünyanın 70-dən çox dövlətindən 100-ə yaxın sağ mərkəzçi partiyanı özündə birləşdirən BDİ qurultayında üzv partiyaların liderləri, quruma daxil olan ölkələrin dövlət və hökumət başçıları, senatorlar, millət vəkilləri və müxtəlif ranqlı siyasətçilər iştirak ediblər. AMİP-i qurultayda Beynəlxalq əlaqələr katibi Elşən Mustafayev təmsil edib. Qurultayda mövcud beynəlxalq vəziyyət, qlobal iqtisadi-siyasi problemlər, o cümlədən digər vacib məsələlər müzakirə obyekti olunub.



Nizamnaməyə əsasən 3 ildən bir keçirilən qurultayda BDİ rəhbərliyinin hesabatı dinlənilib və rəhbər orqanlara yeni seçkilər keçirilib. Seçkilərin nəticəsi olaraq Yeni Zellandiyanın hazırkı baş naziri John Key BDİ-nin sədri seçilib. Qurultayda həmçinin növbəti üç il üçün BDİ sədrinin müavinlərinin də seçkiləri keçirilib. AMİP lideri Etibar Məmmədov növbəti dəfə BDİ sədrinin müavini seçilib. E.Məmmədovla yanaşı, Norveçin baş naziri Erna Solberq, Avropa Xalq Partiyasının (EPP) prezidenti Josef Daul, Avropa Mühafizəkarları və İslahatçıları Alyansının (AECR) prezidenti Jan Zahradil və bir sıra digər nüfuzlu dünya siyasətçiləri də BDİ sədrinin müavinləri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR