Tikintidə baş verən faciəli hadisədə təqsirli bilinən iş icraçısının şikayəti təmin edilib

Tikintidə baş verən faciəli hadisədə təqsirli bilinən iş icraçısının şikayəti təmin edilib
# 28 noyabr 2014 12:05 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində tikintidə baş verən faciəli hadisədə təqsirli bilinən iş icraçısı Rövşən Hüseynlinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə elan olunan qərara əsasən, şikayət qismən təmin edilib. R. Hüseynlinin cəzası 5 ildən 4 ilə endirilib.

Qeyd edək ki, Rasim Əliyev adlı şəxs bağ evinin tikilməsi üçün R. Hüseynli ilə müqavilə bağlayıb. R. Hüseynli fəhlə briqadası ilə tikinti işlərinə başlayıb, lakin evin beton örtüyü qəflətən uçub.


Nəticədə fəhlə kimi orada işləyən Emin Hüseynov, Türkiyə vətəndaşları Mustafa Taşqran və Sevgen Calkan uçqunun altında qalıblar. E. Hüseynov ölüb, digərləri isə xəsarət alıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Hüseynli 5 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR