Qazax və Tovuz sakinlərini ilan sancıb

Qazax və Tovuz sakinlərini ilan sancıb
# 18 avqust 2014 12:16 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Qərb bölgəsində iki nəfəri ilan sancıb.

Tovuz Mərkəzi Rayon Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Qazax rayonunun Əskipara kənd sakini, 1958-ci il təvəllüdlü Cumayeva Əsmayə Həsən qızı təsərrüfatında işləyərkən onun sağ əlinin ikinci barmağından ilan sancıb.

Tovuz rayonunun Yuxarı Öysüzlü kənd sakini, 1985-ci il təvəllüdlü Hüseynov Səxavət Tapdıq oğlu da ilan vurduğuna görə xəstəxanaya müraciət edib. O, həyətində işləyərkən ilan sağ ayağının daban nahiyəsindən sancıb.

Hər iki xəstəyə tibbi yardım göstərilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR