“Elm haqqında” qanun layihəsinə yeni təkliflər daxil edilib

“Elm haqqında” qanun layihəsinə yeni təkliflər daxil edilib
# 09 avqust 2014 09:59 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisində hazırlanan “Elm haqqında” qanuna yeni təkliflər daxil edilib. Parlamentdən APA-ya verilən məlumata görə, qanun layihəsinə edilən təkliflər əsasən gənc alimlər ilə bağlıdır.

Layihəyə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) gənc alimlərlə bağlı fəaliyyətini tənzimləyən sənədlər yenidən işlənib hazırlanacaq. Bundan başqa, layihəyə əsasən AMEA-da aparılan elmi tədqiqatların hamısı hüquqi əsası olan sahələr üzrə aparılacaq. Gənc alimlərin sosial imkanlarının, elmi fəaliyyətinin asanlaşdırılması üçün yeni proqramların tətbiqi də qanuna edilən təkliflər arasındadır.

Qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR