Beynəlxalq federasiyalar AFFA-ya başsağlığı verib

Beynəlxalq federasiyalar AFFA-ya başsağlığı verib
# 04 avqust 2014 10:16 (UTC +04:00)

Bakı - APA. Futbol veteranı, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədovun vəfatı ilə bağlı AFFA-ya beynəlxalq futbol qurumları tərəfindən başsağlığı məktubları daxil olmaqdadır.

Apasport.az saytının məlumatına görə, FİFA-nın prezidenti Yozef Blatterin və UEFA-nın prezidenti Mişel Platininin adından da başsağlığı gəlib.

Onlarla yanaşı, Türkiyə Futbol Federasiyası, Rusiya Futbol İttifaqı, Rusiya Premyer Liqası, Almaniya Futbol İttifaqı, Qazaxıstan Futbol Federasiyası və Gürcüstan Futbol Federasiyası Məmmədovun ölümündən kədərləndirdiklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR