Kanadanın ticarət missiyası Bakıya gəlir

Kanadanın ticarət missiyası Bakıya gəlir
# 16 sentyabr 2014 10:30 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Kanada şirkətlərindən ibarət ticarət missiyası sentyabrın 25-dən 28-dək Bakıda səfərdə olacaq.

APA-nın Kanada-Avrasiya-Rusiya Biznes Assosiasiyasına (CERBA) istinadən məlumatına görə, sentyabrın 25-də Bakıda Kanada şirkətlərinin iştirakı ilə biznes-forumun keçirilməsi planlaşdırılır.

Ticarət missiyasında Kanadanın neft-qaz, təbii ehtiyatlar, mühəndislik, inşaat, İT, mühərrik istehsalı, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 12 şirkəti təmsil olunacaq.

Kanadanın Türkiyədəki səfiri Con Holmes (John Holmes) rəhbərlik edəcəyi nümayəndə heyətinə CAE, «Opsens», «Geoptics», «Ezeflow», «Knowledge Exchange International Centre», «SAGE Energy», «SNC-Lavalin», «Sprung Instant Structures», «Technology Links», «Sparrow Electronics», «Canpetrus» və «Golder» şirkətləri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR