“Yeni çağırışların işığında” adlı yeni kitab çapdan çıxıb

“Yeni çağırışların işığında” adlı yeni kitab çapdan çıxıb
# 01 sentyabr 2014 11:33 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin Analitik informasiya sektorunun müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəylinin “Yeni çağırışların işığında” adlı yeni kitabı çapdan çıxıb. Azərbaycan Jurnalistlər Birliyindən APA-ya verilən xəbərə görə, beynəlxalq münasibətlərdə, geosiyasətdə və iqtisadi inkişafda müasir baxışlar və yeni çağırışlar məsələsinin Azərbaycanın dövlətçilik maraqları və dünya siyasətində gedən proseslərin fonunda təqdim olunduğu kitab “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. 352 səhifəlik kitabda toplanan məqalələr, icmallar və analitik yazılar “Azərbaycan reallıqları”, “Beynəlxalq münasibətlər”, “Geosiyasət”, “Sivilizasiya” və “İqtisadi əlaqələr” bölmələrində müvafiq mövzular üzrə qruplaşdırılaraq təqdim olunub.

“Yeni çağırışların işığında” əsəri beynəlxalq münasibətlər üzrə mütəxəssislər, politoloqlar, tarixçilər və iqtisadçılar, media işçiləri və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR