Putin Sevastopol və Krımın rəhbərləri ilə görüşüb

Putin Sevastopol və Krımın rəhbərləri ilə görüşüb
# 13 avqust 2014 22:41 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, görüşdə dövlət başçısı məmurlarla bölgələrdəki aktual məsələləri müzakirə etməyi planlaşdırıb.

Bundan əvvəl Sevastopola səfər çərçivəsində Rusiya prezidentinin Qara dəniz donanmasının qərargahında Təhlükəsizlik Şurasının üzvləri ilə birlikdə operativ müşavirə keçirəcəyi bildirilmişdi.

Məlumata görə, müşavirədə bölgədəki korrupsiya ilə bağlı məsələlər, hüquq-mühafizə orqanlarının fəaliyyətindəki problemlər, Krım və Sevastopolun təhlükəsizliyinin təmini məsələsi müzakirə olunub.

Vladimir Putinin səfəri avqustun 14-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR