İvelin Popov: “Bolqarıstan və Azərbaycan yığmaları arasında ciddi fərq yoxdur”

İvelin Popov: “Bolqarıstan və Azərbaycan yığmaları arasında  ciddi fərq yoxdur”
# 05 sentyabr 2014 08:51 (UTC +04:00)

Bakı – APA. “Komandamızın gücünə güvənirik. İnanıram ki, AVRO-2016-nın seçmə mərhələsinə uğurlu başlayıb, Azərbaycan səfərindən lazım olan nəticə ilə dönəcəyik”. Apasport.az xəbər verir ki, bu sözləri Bolqarıstan millisinin kapitanı İvelin Popov deyib.

Sentyabrın 9-da AVRO-2016-nın seçmə mərhələsinin ilk oyununda Bakıda Azərbaycan millisi ilə qarşılaşacaq bolqarıstanlıların futbolçusu yığmamızın son illərdəki inkişafından danışıb: “Biz elə də super komanda deyilik. Biz FİFA reytinqində 72, Azərbaycan isə 73-cü yerdə qərarlaşıb. Elə buna görə də, Bolqarıstan və Azərbaycan yığmaları arasında ciddi fərq yoxdu. Səfərdə oynamağımız da bizim üçün çətinlik yaradacaq. Amma Bakıya istirahətə deyil, futbol oynamağa gedəcəyik. Son illərdə bu ölkənin futbolu inkişaf edir və yaxşı pullar yatırılır. Bu da o deməkdir ki, Azərbaycan futbol inkişaf edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR