Şamaxıda güclü külək evin yanmasına səbəb olub

Şamaxıda güclü külək evin yanmasına səbəb olub
# 28 iyul 2014 07:11 (UTC +04:00)

Şamaxı. Zahid Abışov - APA. Şamaxıda güclü külək yanğına səbəb olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kiçik Xınıslı yaşayış massivində qeydə alınıb.

Rəşad Əliyeva məxsus 4 otaqlı evdə güclü yanğın baş verib.

Ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.

Hadisə şahidlərinin sözlərinə görə, hava küləkli olduğundan evin yaxınlığından keçən elektrik naqillərində baş verən qısaqapanma güclü yanğına səbəb olub.

Yanğının dəqiq səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR