“Kövsər Bank” nizamnamə kapitalını 50 mln. manatadək artırmaq niyyətindədir

“Kövsər Bank” nizamnamə kapitalını 50 mln. manatadək artırmaq niyyətindədir
# 31 iyul 2014 11:32 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Kövsər Bank” nizamnamə kapitalını 38 mln. manat məbləğində səhmin əlavə emissiyası hesabına 4,8 dəfə - 50,02 mln. manatadək artırmağı planlaşdırır. Bu barədə “APA –Economics”ə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) məlumat verilib.

Ötən həftə QKDK bankın səhmlərinin əlavə emissiya prospektini qeydiyyata alıb. Əlavə emissiya bir qiymətli kağızın nominal dəyəri 200 manat olan 190 min ədəd səhmə bölünüb.

Hazırda bankın nizamnamə kapitalı 12,02 mln. manata bərabərdir.

“Kövsər Bank” 1988-ci ildə yaradılıb və Azərbaycanda İslam Bankçılıq sisteminə əsasən fəaliyyət göstərən ilk bankdır. Bank klassik kreditlər vermir.

Xatırladaq ki, Mərkəzi Bank 2010-cu ilin dekabr ayında “Kövsər Bank” ASC-nin bank əməliyyatlarının keçirilməsi üçün lisenziyasını ləğv edib. Səbəb bankın kapitala dair minimal tələblərə riayət etməməsi, prudensial hesabatın təqdim edilməsi ilə bağlı bank qanunvericiliyini pozması olub. Lakin bankın rəhbərliyi AMB-nin bu qərarı ilə razılaşmayıb və məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. 3 il davam edən təhqiqatdan sonra məhkəmənin qərarı ilə 2014-cü ilin aprel ayında AMB bankın lisenziyasını bərpa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR