Dövlət Gömrük Komitəsinin sədri Lerikdə vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Lerikdə vətəndaşları qəbul edəcək
# 22 avqust 2014 08:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev avqustun 29-da saat Lerik şəhərində bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Komitənin Mətbuat Xidmətindən verilən məlumata görə, qəbul 10:30-da şəhərin Mədəniyyət Evində (A. Əsədullayev küçəsi 22) baş tutacaq.

Qəbul zamanı Lerik, Astara, Lənkəran rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR