TQDK sədri Tovuz şəhərində vətəndaşları qəbul edib

TQDK sədri Tovuz şəhərində vətəndaşları qəbul edib
# 26 sentyabr 2014 14:52 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Tovuz şəhərində vətəndaşları qəbul edib.


TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda görüşün təşkil olunduğu rayon sakinləri ilə yanaşı, Ağstafa və Qazax rayon sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edib.


Vətəndaşlar ali təhsil müəssisələrində təhsil alan övladlarının təhsil haqlarının ödənilməsində yaranmış problemlər, qəbul olduqları ali təhsil müəssisələrində üzrlü səbəbdən qeydiyyatdan keçməyən tələbələrin yenidən qeydiyyatdan keçib təhsil almalarının mümkünlüyü ilə bağlı müraciət ediblər. Bununla yanaşı, görüşə gələnlər tələbə köçürmələri, qabiliyyət imtahanları, növbəti il üçün qəbul qaydaları və s. məsələlərlə bağlı Komissiya sədrinə rəy və sorğularını bildiriblər.


TQDK-nın səlahiyyətlərinə aid olan müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR