Ramil Usubov Gəncədə vətəndaşları qəbul edəcək

Ramil Usubov Gəncədə vətəndaşları qəbul edəcək
# 03 oktyabr 2014 16:28 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 25-də Gəncədə vətəndaşların qəbulunu keçirəcək.

APA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qəbul bölgə üzrə daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə aid məsələlərlə bağlı (kadr məsələsi istisna olmaqla) olacaq.

R. Usubov Gəncə şəhəri, habelə Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Daşkəsən rayonlarının sakinlərini qəbul edəcək.

Vətəndaşların qəbulu saat 10:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR