Bakıda avtobusla minik maşını toqquşub - FOTO - VİDEO

Bakıda avtobusla minik maşını toqquşub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 01 noyabr 2014 04:11 (UTC +04:00)

APA-nın məlumatına görə, 27 yaşlı Nurəli Məmmədovun idarə etdiyi “Daewoo” markalı avtobus Məhəmməd Xiyabani küçəsi ilə Bakı Dairəvi Yolu istiqamətində hərəkətdə olan zaman əks tərəfdən gələn, 21 yaşlı Vəli Şıxəlizadənin idarə etdiyi "Hyundai" markalı minik maşını ilə toqquşub.

Qeyd edək ki, 18 saylı marşrut xətti üzrə hərəkət edən avtobus bazaya yollanırmış. Faktla bağlı araşdırmalar aparılır. Hadisənin hansı səbəbdən baş verməsi təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR