Əfqanıstan paytaxtında Britaniya səfirliyinə məxsus avtomobil partlayıb, yaralananlar var

Əfqanıstan paytaxtında Britaniya səfirliyinə məxsus avtomobil partlayıb, yaralananlar var
# 27 noyabr 2014 08:55 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Kabildə terror aktı nəticəsində Böyük Britaniya səfirliyinə məxsus avtomobil partlayıb.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında baş verib.

Şəhərin şərq hissəsində baş verən partlayış nəticəsində bir neçə nəfər yaralanıb.

Əfqanıstan daxili işlər nazirinin müavini Bəşir Sələngi faktı təsdiqləyib.

Yerli mətbuat terror aktı nəticəsində bir neçə nəfərin, o cümlədən avtomobildə olan xarici vətəndaşın öldüyü barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR