Azərbaycan parlamentinin üzvləri Moldovada prezident seçkilərini müşahidə edəcəklər

Azərbaycan parlamentinin üzvləri Moldovada prezident seçkilərini müşahidə edəcəklər
# 27 noyabr 2014 13:45 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin deputatları Moldovada keçiriləcək növbəti parlament seçkilərini müşahidə etmək üçün noyabrın 29-da Kişineu şəhərinə səfər edəcəklər.

Parlamentdən APA-ya verilən məlumata görə, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə MDB Parlament Assambleyasının xətti ilə, deputat Elton Məmmədov GUAM Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri, deputat Mirkazım Kazımov isə nümayəndə heyətinin üzvü qismində seçki prosesini izləyəcəklər.

Deputatlar seçki məntəqələrində olacaq, səsvermənin gedişini müşahidə edəcəklər.

Səfər dekabrın 2-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR