Baş Prokurorluq Gəncədə tibb bacısının 1 ay əvvəl qətlə yetirilməsi haqqında məlumat yayıb - YENİLƏNİB - VİDEO

Baş Prokurorluq Gəncədə tibb bacısının 1 ay əvvəl qətlə yetirilməsi haqqında məlumat yayıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 29 noyabr 2014 08:56 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Baş Prokurorluq Gəncədə törədilən qətllə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 24 oktyabr 2014-cü il tarixdə itkin düşmüş Gəncə şəhər sakini, Gəncə şəhər Təcili tibbi yardım stansiyasında tibb bacısı işləmiş, 1972-ci il təvəllüdlü Mayılova Svetlana Kamal qızının qəsdən öldürülməsi müəyyən olunub.

Belə ki, noyabrın 28-də şəhər sakini, 1985-ci il təvəllüdlü Əliyev Rauf Ruman oğlu Gəncə şəhər Baş Polis İdarəsinə gələrək, S. Mayılovanı öldürüb meyitini Goranboy rayonu Qaradağlı kəndində valideynlərinə məxsus evin tövləsində basdırdığını bildirib.

Həmin məlumat əsasında şəhər Prokurorluğu və Polis İdarəsinin əməkdaşları dərhal qeyd edilən ünvana gəlib və S. Mayılovanın meyiti R. Əliyevin göstərdiyi yerdə aşkar olunaraq çıxarılıb.

Fakta bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, cinayətin törədilməsində şübhəli bilinən R. Əliyev tutulub.

R. Əliyevin deməsinə görə o, S. Mayılovanı oktyabrın 24-də aralarında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bıçaqla qəsdən öldürüb və hadisədən 4 gün sonra cinayəti gizlətmək məqsədilə S. Mayılovanın meyitini atasına məxsus “QAZ-24” markalı avtomobillə Goranboy rayonunun Qaradağlı kəndinə gətirərək tövlədə basdırıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.

***

saat 11.29

Gəncə. Azər Məmmədli - APA. Gəncədə 1 ay əvvəl itkin düşən qadının meyiti tapılıb.

Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, bu il oktyabr ayının 24-də itkin düşən, 1972-ci il təvəllüdlü şəhər sakini Svetlana Mayılovanın öldürüldüyü və meyitinin Goranboy rayonu Qaradağlı kəndi ərazisində basdırıldığı məlum olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində məlum olub ki, S. Mayılova Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Rauf Əliyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisədən 4 gün sonra R. Əliyev cinayəti gizlətmək məqsədi ilə S. Mayılovanın meyitini atasına məxsus “QAZ-24” markalı avtomobilə qoyaraq Goranboy rayonunun Qaradağlı kəndinə gətirərək həyətində basdırıb.

Cinayəti törədən R. Əliyev saxlanılıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR