İsrail raket atəşinə cavab olaraq Livana zərbələr endirib

İsrail raket atəşinə cavab olaraq Livana zərbələr endirib
# 26 avqust 2014 04:24 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb. Məlumata görə, Livan ərazisindən atılan raketlər İsrailin Kiryət Eşmun və Akko yaşayış məntəqələrinə düşüb. Buna cavab olaraq, İsrail ordusu Livanın cənub bölgələrinə artilleriya qurğularından yaylım atəşi açıb.

Bundan əvvəl İsrailin nəzarəti altında olan Holan təpələrinə Suriya ərazisindən də bir neçə raket atılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR