Mübariz Qurbanlı Suraxanıda dindarlarla görüşüb

Mübariz Qurbanlı Suraxanıda dindarlarla görüşüb
# 20 noyabr 2014 15:07 (UTC +04:00)

Komitədən APA-ya verilən məlumata görə, görüşdə DQİDK-nın Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov çıxış edərək rayondakı dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı geniş məlumat verib.

Mübariz Qurbanlı isə deyib ki, müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib. Komitə sədri bu istiqamətdə Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb. Son illərdə ölkəmizdə bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizə dövlət qayğısının daha da artdığını diqqətə çatdıran natiq prezidentin təşəbbüsü ilə əsaslı təmir və bərpa olunan ibadət ocaqlarının, ziyarətgahların sayının günü-gündən artdığını bildirib.

Komitə sədri qeyd edib ki, Azərbaycanda dinlərarası münasibətlər, tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və ölkəmizin tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə, dövlətçilik və vətənpərvərlik məfhumları bu gün dini icmalarımızın fəaliyyətində əsas xətt olmalıdır.

Çıxış edən din xadimləri - Qaraçuxur qəsəbə məscidinin imamı Qurban Əliyev, Qaraçuxur qəsəbə məscidinin axundu Mirfətta Fəttayev son vaxtlarda Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiklərini söyləyiblər.

Sonda Mübariz Qurbanlı tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR