FHN Mingəçevir Su Anbarının ərazisində taktiki təlim keçirib

FHN Mingəçevir Su Anbarının ərazisində taktiki təlim keçirib
# 21 noyabr 2014 10:03 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən Mingəçevir Su Anbarının mühafizə olunan ərazisində "Fövqəladə hal (hadisə) zonasında mühafizə işlərinin təşkili" mövzusunda taktiki-xüsusi təlim keçirilib.

APA-nın «Fövqəladə Hallar» qəzetinə istinadən xəbərinə görə, taktiki-xüsusi təlimin keçirilməsində əsas məqsəd su anbarının ərazisində baş verə biləcək hər hansı təxribat xarakterli hərəkətlərin qarşısının alınması üçün mühafizəçilərin sayıqlığının yoxlanılması və praktiki vərdişlərin artırılması olub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini-qərargah rəisi, general-mayor Məhərrəm Həsənovun rəhbərlik etdiyi təlim zamanı şərti partlayış baş vermiş Mingəçevir su anbarının ərazisində istehkamçı və kinoloji qrup axtarış işləri aparıb. Əsas diqqət kəşfiyyat işlərinin aparılmasına və ərazinin mühafizəsinə yönəldilib. Ərazidə kinoloqlar tərəfindən aşkar edilmiş partlayıcı qurğular istehkamçılar tərəfindən zərərsizləşdirilərək təhlükəsiz məsafəyə aparılaraq partladılıb. Su anbarının ərazisində 24 saatlıq rejimdə keşik çəkən mühafizəçilər tərəfindən su anbarına basqın etmiş şəxslər dərhal tutularaq zərərsizləşdirilib.

Ümumilikdə təlimə Xüsusi Riskli Xilasetmə Xidmətinin 132 əməkdaşı və 22 texnikası cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR