Bakıda liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib

Bakıda liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib
# 28 noyabr 2014 22:45 (UTC +04:00)

Bakı – APA. Bakının Nəsimi rayonunda yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR