Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Ürək-damar Mərkəzində dünyada ilk olan unikal əməliyyat həyata keçirilib

<b></b>Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Ürək-damar Mərkəzində dünyada ilk olan unikal əməliyyat həyata keçirilib
# 04 dekabr 2014 10:04 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının Ürək Damar Mərkəzində dünyada ilk dəfə unikal əməliyyat həyata keçirilib.

APA-nın məlumatına görə, bu barədə Mərkəzin rəisi, uzman doktor Anar Əmrah bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

A. Əmrahın sözlərinə görə, kəsin miokard infarktı ilə noyabrın 15-də müraciət etmiş Şahin Qurbanov adlı xəstədə təcili angioqrafiya nəticəsində ektazik – yəni genişlənmiş tac ana damarın tamamilə trombla tutulması aşkarlanıb: «Xəstəyə ənənəvi metodlarla balon müdaxiləsi və trombolitik dərmanların tətbiqinə baxmayaraq, nəticə əldə olunmadı. Xəstənin damarının genişliyi normadan 6 dəfə geniş idi. Böyük damarlardakı trombu əritmək üçün tətbiq edilən kateterlə, gücləndirilmiş ultrasəs dalğaları ilə trombolizisi bu xəstəyə uyğun olduğu üçün dünyada ilk dəfə tac arteriyasına tətbiq etdik və uğurlu nəticə aldıq».

Həkim onu da qeyd edib ki, 12 saatlıq müalicədən sonra damarlara təkrar angiooqraıfiya ilə baxılıb və tromb ilə tutulmuş damarın tamamilə açılması görünüb. Klinik olaraq xəstədə sürətli yaxşılaşma müşahidə edilib və kafi vəziyyətdə evinə yazılıb.

«Çox sevindirici haldır ki, bu uğurlu nəticəyə dünyada ilk dəfə azərbaycanlı hərbi həkimlər imza atıblar. Əminliklə deyə bilərik ki, Hərbi Hospitalımız öz tibbi təminatı və kadrları ilə hər cür xəstə və yaralılara ən yüksək səviyyədə tibbi yardım göstərmək iqtidarındadır», - deyə A. Əmrah vurğulayıb.

Mərkəz rəisi onu da vurğulayıb ki, noyabrın 8-də Ürək Mərkəzində Azərbaycanda ilk dəfə daha bir əməliyyat icra olunub. Əməliyyat 73 yaşında ciddi aort qapaq darlığı ilə ürəyin artım frakssiyası 25% olan xəstədə, bud arteriyasından girilərək anesteziya verilmədən, kateter ilə döş qəfəsi açılmadan, aort qapağın yerləşdirilməsi həyata keçirilib. Aparılan uğurlu əməliyyatdan sonra xəstə kafi vəziyyətdə evə yazılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR