Gəncənin mərkəzində köşkdən oğurluq edilib

Gəncənin mərkəzində köşkdən oğurluq edilib
# 14 oktyabr 2014 08:44 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə köşkdən oğurluq edilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Nazənin Quliyeva Nizami rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər şəhərin Heydər Əliyev prospektində ona məxsus ticarət köşkün pəncərəsini sındıraraq oradan 1 ədəd təsbeh, 1 ədəd cib saatı, 2 ədəd mobil telefonu, müxtəlif çeşidli alışqanlar və xeyli sayda siqaret aparıblar.

N. Quliyevanın sözlərinə görə, ona təxminən 500 manat dəyərində maddi ziyan dəyib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparıır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR