Hindistanda zavodda baş vermiş partlayış nəticəsində azı 10 nəfər ölüb

Hindistanda zavodda baş vermiş partlayış nəticəsində azı 10 nəfər ölüb
# 20 oktyabr 2014 18:34 (UTC +04:00)

Bakı-APA. Hindistanın cənub-şərqində qeyri-qanuni fəaliyyət göstərən fişəng istehsalı zavodunda baş vermiş partlayış nəticəsində azı 10 nəfər ölüb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, partlayışdan sonra müəssisədə güclü yanğın olub. Zavodda azı 20 fəhlə çalışıb, hadisə nəticəsində bir neçə nəfər itkin düşüb.

İnsident Andxra-Pradeş ştatının Vakatippa kəndində baş verib. Hadisə ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR