Bakıda baş verən yol qəzasında 4 nəfər ölüb - FOTO - VİDEO

Bakıda baş verən yol qəzasında 4 nəfər ölüb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 30 sentyabr 2014 03:44 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə şəhər şosesində qeydə alınıb. Elçin Alıyev idarə etdiyi "VAZ 2102" markalı avtomobillə Maştağa istiqamətində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarında dayanan “KAMAZ” a arxadan çırpılıb. Nəticədə avtomobildə olan sürücü və 3 sərnişin aldıqları xəsarətdən hadisə yerindəcə dünyalarını dəyişiblər.

Dərhal hadisə yerinə FHN-nin xilasediciləri , Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları və təcili yardım briqadası cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış avtomobildən cəsədləri çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

Hadisənin baş verdiyinə gəldikdə isə, ilkin ehtimal olaraq "VAZ 2102" avtomobilinin sürücüsünün yol hərəkəti qaydalarını pozması və yüksək sürət göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR